De Sanktis İtaliya yığması ilə vidalaşdı
27.03.2013 - 03:50
“Napoli”nin təcrübəli qapıçısı Morqan De Sanktis milli komanda karyerasına son qoyub. Apasport.az saytının məlumatına görə, bu barədə “Qalatasaray”ın sabiq qolkiperinin özü açıqlama verib.
36 yaşlı əlcək sahibi bu qərarını zarafatyana bir şəkildə ifadə edib: “Keçən gün Buffonla danışdım və mənim 10 il daha oynamağımı istədi. Mən də imtina etdim. İşin gerçək tərəfi baş məşqçimiz və komanda yoldaşlarımla görüşdüm. Bu yaşa gəlmişəm və yeni simalara yer açmanın daha yaxşı bir qərar olacağını düşündüm. Bu nəhəng heyəti buraxmaq həqiqətən asan deyil. Dünya çempionatının seçmə mərhələsinin sonuna qədər hələ bir neçə matç var və ümid edirəm ki, bu son addımı atıb İtaliya azarkeşlərinə gözəl bir an bəxş edərik”.
Qeyd edək ki, De Sanktis 2005-ci ildən İtaliya milli komandasının heyətində çıxış edir. O, 8 il ərzində yalnız yığmasın formasını 6 dəfə geyinməyə şans tapıb.

0
0