Aqollinin komandası Litvanı darmadağın etdi
27.03.2013 - 05:49
Aqollinin komandası Litvanı darmadağın etdi
DÇ-2014-ün seçmə mərhələsinin oyunları ilə yanaşı bir neçə milli komandalar yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, bu komandalar arasında Albaniya ilə Litva yığmaları da üz-üzə gəliblər.

Görüş albanların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bol qollu keçən qarşılaşmada Topaz Premyer Liqasında çıxış edən 3 futbolçu mübarizə aparıb. Bunlar, “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli, “Bakı”nın yarımmüdafiəçi Deyvidas Çesnauskis və “Rəvan”ın hücumçusu Mindauqas Kalonasdır.

Qeyd edək ki, Albaniya millisinin üzvü Aqolli ilə Litva yığmasının futbolçusu Çesnauskis meydana start heyətində çıxaraq 90 dəqiqə mübarizə aparıb. Litvanın digər oyunçusu Kalonas isə oyuna 64-cü dəqiqədə daxil olub.