Millimizə qol vuran futbolçu tarixə düşdü
27.03.2013 - 06:16
Millimizə qol vuran futbolçu tarixə düşdü
DÇ-2014-ün seçmə mərhələsində Türkiyə milli komandasının doğma publika önündə Macarıstan yığması ilə 1:1 hesablı bərabərə qaldığı qarşılaşma “Qalatasaray”ın hücumçusu Burak Yılmaz üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu “ay ulduzlular”ın heyətində yubiley qoluna imza atıb.

Belə ki, “Cim-Bom”un forvardı Türkiyə millisinin 650-ci qolunu rəqib komandanın qapısından keçirərək adını ölkəsinin futbol tarixinə yazdırıb. Həmçinin Superliqa və Çempionlar Liqasının bombardi olan Yılmaz fevral-mart aylarında 10 rəsmi oyunda forma geyinərək 11-ci qoluna imza atıb.

Burak daha öncə Andorra, Azərbaycan, Qazaxıstan, Belçika, Bolqarıstan və Finlandiya (2 dəfə) ilə görüşlərdə fərqlənərək millidə 8-ci qolunu vurmuş olub.

Qeyd edək ki, Türkiyə yığmasının heyətində ilk dəfə fərqlənən Zeki Rıza Sporel olub. Hüseyn Sayqun 50-ci, Mustafa Ertan 100-cü, Fevzi Zemzem 150-ci, Osman Arpacıoğlu, 200-cü, Zafer Bilgetay 250-ci, Uğur Tütüneker 300-cü, Tolunay Kafkas 350-ci, Sergen Yalçın 400-cü, Arif Ərdem 450-ci, Fatih Tekke 500-cü, Gökhan Ünal 550-ci və Arda Turan isə 600-cü qolu rəqib qapılarından keçirib.