Van Persi əfsanəvi futbolçunu geridə qoydu
27.03.2013 - 07:22
DÇ-2014-ün seçmə mərhələsində evində Rumıniya millisini ilə qarşılaşan Hollandiya rəqibini darmadağın edib. Apasport.az saytının məlumatına görə, “narıncılar”ın heyətində 56 və 65-ci dəqiqələrdə fərqlənən Robin van Persi yığma komandasında 34-cü qoluna imza atıb.
Bu qol həm də, “Mançester Yunayted”in hücumçusunu ölkə futbol tarixində bir pillə önə çıxarıb. Belə ki, 29 yaşlı oyunçu 1966-1977-ci illər arasında Hollandiya yığmasının formasını geyinən Yohan Kroyffu geridə qoyaraq ən çox qol vuran 5-ci futbolçu olub. Əfsanəvi oyunçu isə 48 matçda 33 dəfə fərqlənib.
Qeyd edək ki, Hollandiya milli komandasının heyətində ən çox rəqib qapılarından top keçirən futbolçu Patrik Klyuvertdir. Sabiq “Barselona”nın forvardı 79 oyunda 40 qola imza atıb. Klyuverti 37 qolla Dennis Berqkamp izləyir. 3-cü sırada isə 35 topla Faas Vilkeslə Ruud van Nistelroy qərarlaşıb.

0
0