“Qalatasaray”ın sabiq futbolçusu infarkt keçirdi
27.03.2013 - 07:43
“Qalatasaray”, “Fənərbaxça” və Türkiyə milli komandasının sabiq futbolçusu Fatih Akyel dünən axşam saatlarında xəstəxanaya aparılıb. Apasport.az saytının məlumatına görə, veteran oyunçunun infarkt keçirdiyi məlum olub.
Artıq Akyelin şüurunun yerinə gəldiyi və danışmağa başladığı açıqlanıb. Onun bir müddət xəstəxanada müşahidə altında qalacağı bildirilib.
Qeyd edək ki, Fatih Akyel “Qalatasaray”ın heyətində 1997-2001-ci illərdə çıxış edib. 35 yaşlı sabiq futbolçu 1 mövsüm İspaniyada legioner həyatı yaşadıqdan sonra 2002-ci ildə “Fənərbaxça”ya keçib. Fatih bir neçə komandaların formasını geyindikdən sonra 2010-cu ilə karyerasını başa vurub.
O, 1997-2004-cü illərdə isə Türkiyə yığmasının heyətində çıxış edib.

0
0