Millimiz Avropa çempionatına darmadağınla başladı - YENİLƏNİB
27.03.2013 - 19:04
Bu gün Azərbaycan futzal yığması Avropa çempionatının əsas seçmə mərhələsində ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, millimiz Norveç yığması ilə qüvvəsini sınayıb.
Təmsilçimiz ilk görüşünə ciddi itkilərlə çıxıb. Belə ki, 2 əsas oyunçumuz – Rizvan Fərzəliyevlə Rəcəb Fərəczadə cəzalı olduqlarından, matçı kənardan izləyiblər. Lakin komandamız bunu meydanda hiss etdirməyərək, seçmə mərhələyə darmadağınla start verib. Onlar rəqib qapısından 6 cavabsız top keçiriblər.
Qeyd edək ki, Slovakiyanın paytaxtı Bratislavada təşkil edilən II qrupun oyunlarında yığmamız sabah Bosniya və Herseqovina, 2 gün sonra ev sahibləri ilə qarşılaşacaq. Bu rəqiblər isə bir-biri ilə bu gün Bakı vaxtilə saat 20:00-da üz-üzə gələcək.
27 mart
Azərbaycan – Norveç - 6:0
QOLLAR: Biro Jade, 5, 38; Felipe, 8; Vitali Borisov, 10, 16; İlkin Hacıyev, 11

0
0