6 oyunda 4 qırmızı: Portuqaliyaya qarşı niyə azlıqda qalırıq?
27.03.2013 - 10:20
Azərbaycan millisi Portuqaliya ilə oyunlarda xoşagəlməz ənənəni davam etdirib. Apasport.az saytının məlumatına görə, komandamız bu rəqiblə keçirdiyi 6-cı matçında 4 dəfə qırmızı vərəqə alır.
Yalnız 2 qarşılaşmada azlıqda qalmamışıq ki, bunlar 2006-cı ilin oktyabrın 7-də və 2012-ci ilin sentyabrın 11-də Portuqaliyada 0:3 hesabı ilə uduzduğumuz oyunlardır. Göründüyü kimi, rəqiblə Bakıda hər 3 görüşdə meydandan qovulan futbolçumuz olub.
İlk 3 dəfə bu aqibətlə üzləşənlər artıq futbolçu karyerasını bitirən Rasim Abışov, Zaur Tağızadə və Aslan Kərimov olub. Rasim 1999-cu ilin martın 26-da Gimaraynşda 0:7 hesabı ilə uduzduğumuz oyunda “fərqlənib”. Müdafiəçimizə göstərilən qırmızı vərəqə nəticəyə birbaşa təsir edib. Belə ki, həmin vaxt – 66-cı dəqiqədə hesab 0:2 olub və portuqaliyalılar bundan sonra Dmitri Kramarenkonun qoruduğu qapıya 5 top vuraraq, darmadağına imza atıblar.
Həmin ilin sentyabrın 4-də Bakıda 1:1 hesabı ilə nəticələnən oyunda Tağızadə əvvəlcə qəhrəman, ardından antiqəhrəman olub. Belə ki, Portuqaliya yığmasına yeganə qolumuzun müəllifi olan yarımmüdafiəçi 51-ci dəqiqədə Vitor Bayanın ayaqları arasında topu tora göndərdikdən 33 dəqiqə sonra qırmızı vərəqə alır. Rəqib bundan sonra – 90+4-cü dəqiqədə Luiş Fiqunun sayəsində Kramarenkoya qol vuraraq, məğlubiyyətdən qaça bilib. Maraqlıdır ki, Portuqaliya yığmasının hazırkı baş məşqçisi Paulu Bentu həmin matçda futbolçu kimi oynayıb.
2007-ci ilin oktyabrın 13-də yenə Tofiq Bəhramov adına Respublika stadionunda 10 nəfərlə qalırıq. Onda kapitan olan Kərimov hələ ilk hissədə birbaşa qırmızı vərəqə alır ki, portuqaliyalılar fasiləyə kimi vurduqları 2 qolla 2:0 hesabı ilə qalib gəlirlər.
Nəhayət, sonuncu qırmızı mərkəzi arenamızda dünən keçirilən matçda oldu. Hücumçu Rauf Əliyev 55-ci dəqiqədə 2-ci sarı vərəqə alaraq meydandan çıxarılır ki, bu, sonda nəticəyə təsir edir. Portuqaliya yığması 10 nəfərlə qalan millimizə 2 qol vuraraq, 2:0 hesablı qələbəyə sevinir.
Göründüyü kimi, ilk və son qırmızı vərəqələrimiz eyni tarixdə - martın 26-da olub.
Qeyd edək ki, millimiz Portuqaliya ilə yalnız seçmə mərhələ oyunlarında üzləşib.

0
0