“Qaziantepspor”un futbolçusu “Rəvan”ın oyunçusunu təriflədi
27.03.2013 - 11:06
“Mən sonuncu dəfə Mindauqasla birgə DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində oynamışam. 2009-cu il oktyabrın 14-də “Suduva” stadionunda rəqimizə 2:1 hesabı ilə qalib gəlmişdik. Hələ o zamandan mən Kalonasdan razı qalmışdım”. Apasport.az saytının məlumatına görə, bunu Litva yığmasının və “Qaziantepspor”un futbolçusu Darvidas Şyarnas deyib.
Martın 22-də Jilinada Slovakiyadan 1 xal almağa vurduğu qolla töhfə verən Şyarnas müsahibə verib. 28 yaşlı futbolçu 19-cu dəqiqədə vurduğu qolun ötürməsini verən və bununla da yığmaya qayıdışını rəsmiləşdirən “Rəvan”ın futbolçusu Mindauqas Kalonası tərifləyib.
Polşanın “Zaqlembe” klubuna məxsus olan Şyarnas Kalonasın mükəmməl ötürməsini təsvir edib: “Mindauqası uşaqlıqdan çox yaxşı tanıyıram. Çünki biz eyni ildə - 1984-cü ildə doğulmuşuq. Uşaq vaxtı turnirlərdə çox üz-üzə gəlmişik. Sevinirəm ki, o, yığmaya yenidən qayıtdı. Slovakiya ilə oyundan qabaq danışmışdıq ki, top bizdə olanda bir-birimizi irəli xətdə topla təchiz edək. Sevindirici haldır ki, epizodlardan birində bizdə bu alındı. Top Mindauqasda olanda “at mənə” qışqırdım. O da topa zərbə vura bilərdi, ancaq mənim fərqlənməyim daha rahat idi. Belədə ideal ötürmə etdi və mən isə uğurlu zərbə ilə qol vurdum”.
Qeyd edək ki, Mindauqas Kalonas Slovakiya ilə oyunda start heyətdə meydanda olub və 69-cu dəqiqədə “Harts”ın futbolçusu Arvidas Novikovasla əvəzlənib.

0
0