“Qəbələ” “Şaxtyor” və “Metallurq”la yoxlama oyunu keçirəcək
27.03.2013 - 11:47
Gənc futbolçuların uşaq yaşlardan dünya futbol təcrübəsinə yiyələnməsinə və peşəkar kimi yetişməsinə xüsusi diqqət yetirən “Qəbələ” Futbol Akademiyası daha bir komandasını ölkə xaricinə təlim-məşq toplanışına göndərir. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası 27 mart – 2 aprel tarixlərində Ukraynanın Donetsk şəhərində hazırlıq prosesi keçəcək.
Səfər müddətində təmsilçimiz 3 yoxlama oyununda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” martın 29-da “Şaxtyor-2”, martın 31-də “Şaxtyor” və aprelin 2-də isə “Metallurq”la (Donetsk) üz-üzə gələcək.
“Qəbələ” Ukraynaya aşağıdakı futbolçu heyəti ilə yollanacaq: İlham Rəhimov, Anar Hümbətov, Aqşin Hüseynov, Osman Sultanov, Aqil Məmmədyarov, Elvin İmanlı, Murad Qayalı, Elmir Ağamirov, Emin İsmayılov, İlkin Abdullayev, Faiq Hacıyev, Rəvan Rəfiyev, Əli Məzahirli, Yusif Yusifzadə, Fərid Nəbiyev, Tural Əjdərli, Cavidan Qasımlı, Əli Sadıqov.

0
0