AFFA təyyarə probleminə aydınlıq gətirdi: Onun sözlərində həqiqət var
27.03.2013 - 12:42
“Berti Foqtsun Almaniya mətbuatına dediyi sözlərdə həqiqət var. Doğrudan da, bizim Lüksemburqa gedib-qayıtdığımız təyyarə darısqal idi”. Bunu apasport.az saytına açıqlamasında milli komandanın baş inzibatçısı İslam Abbasov deyib.
Berti Foqts almaniyalı jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Lüksemburqdan gəldikləri təyyarədə şəraitsizlik olub. Hətta futbolçuların bəziləri təyyarə salonunun döşəməsində yatıblar.
Almaniyalı çalışdırıcı təyyarənin səhv göndərildiyini deyib. Buna Abbasovun reaksiyası belə oldu: “Səhv göndərilmişdi deyəndə ki, həmin günlər Novruz bayramı ilə əlaqədar təyyarələrdə sıxlıq vardı. Gediş-gəliş çox idi. Biz Lüksemburqa “Airbus” təyyarəsi ilə getməli idik. Ancaq hava limanından bizə dedilər ki, bu təyyarəni sərəncamınıza verə bilməyəcəyik. Belədə biz 64 nəfərlik Tu-134 ilə getməli olduq. Ora ezam olunan jurnalistlərin də məhz bizimlə birgə çarter reysində yola düşməməsi bununla bağlıdır”.
Qeyd edək ki, ölkəmizdən Lüksemburqa gedən jurnalist heyətinə Tu-134-də yer tapılmadığı üçün uzun marşrutla adıçəkilən ölkəyə gedib. Belə ki, onlar Bakı – Moskva – Münhen – Lüksemburq marşrutundan yararlanıblar.
Səbuhi TOFİQOĞLU

0
0