Ruslan Abışov: Milliyə antipatiya yarandı - MÜSAHİBƏ
27.03.2013 - 13:15
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Portuqaliyaya 0:2 hesablı məğlubiyyətdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Bakıda güclü rəqiblərə qarşı daha yaxşı oyun nümayiş etdirmiş milli komandamız bu dəfə bunu bacarmadı. Səbəbini necə izah edərsiniz?
- Rəqib kifayət qədər güclü idi. Birinci hissədə bacardığımız qədər müdafiə olunduq. Hətta 1-2 epizodda qol da vura bilərdik. Həmin epizodları düzgün dəyərləndirmək lazım idi. İkinci hissənin əvvəlində isə azlıqda qaldıq. 10 nəfərlə bu cür komandaya qarşı oynamaq çox çətindir. Biz futbol oynamaqdan çox, topsuz qaçırdıq. Hücum qura bilmirdik. Bir sözlə, ikinci hissədə futbol oynamadıq. Sadəcə, hesabın böyük olmamasına çalışdıq.
- Yığmamız fasiləyə qədər hücum qurmağa çalışsa da, ikinci hissədə tamamilə müdafiəyə çəkildi. Bu, sırf azlıqda qalmaqla bağlı idi, yoxsa gücünüz tükənmişdi?
- İkinci hissədə Rauf Əliyev meydandan qovulandan sonra vəziyyətimiz daha da çətinləşdi. Hücum qurmaq üçün heç bir imkanımız yox idi. Ancaq müdafiə olunmaq haqda düşünürdük. 0:2 hesabı ilə yenildik. Açıq danışsaq, hesab heç də pis olmadı. Yaxşı qurtardıq.
- Məğlubiyyətdə Rauf Əliyevi nə dərəcədə günahkar hesab edirsiniz?
- Hakim İngiltərədən olduğundan, onun sərt mübarizələrə üstünlük verəcəyini gözləyirdik. Fikrimcə, o, Raufa ikinci sarı vərəqəni göstərməkdə bir qədər tələsdi. İkinci hissə yeni başlamışdı. Futbolda belə şeylər olur. Biz Raufa hər zaman dəstək vermişik, yenə onu dəstəkləyəcəyik. Ümid edirik ki, qarşıdakı oyunlarda bu cür halla üzləşmərik.
- Millimiz hazırda turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Üst sıralara yüksəlmək şansımız varmı?
- Qarşıda vacib oyunlarımız var. Portuqaliyaya nisbətən daha zəif rəqiblərlə qarşılaşacağıq. Lüksemburq və Şimali İrlandiya ilə Bakıda keçirəcəyimiz oyunlarda qələbə qazanıb, vəziyyətimizi yaxşılaşdıracağımıza ümid edirik.
- Buraxılan ilk qoldan sonra azarkeşlər baş məşqçi Berti Foqtsu istefaya səslədilər. Bu çağırış meydandakı mübarizəyə necə təsir etdi?
- Biz 10 nəfərlə Portuqaliya kimi rəqibə qarşı mübarizə aparırdıq. Azarkeşlərin bir anda istefa qışqırmaları bizi çox məyus etdi. Onlara məsləhət görərdim ki, 90 dəqiqə millini dəstəkləsinlər. Kiminlə prinsipləri varsa, oyundan sonra aydınlaşdırsınlar, oyuna aid etməsinlər. Qələbə qazanmağı biz hamıdan çox istəyirdik. Birinci hissədə azarkeşlərimizi bizi yaxşı dəstəklədilər. Qırmızı vərəqədən sonra sanki komandaya qarşı antipatiya yarandı. Bu futbolçu üçün yaxşı hal deyil.
- Qarşılaşmadan öncə azarkeşlərin daha çox rəqib futbolçulara görə stadiona gələcəyi deyilirdi. Çünki Portuqaliyanın heyətində kifayət qədər məşhur ulduzlar yer alıb. Bu amil azərbaycanlı futbolçuları incitmirdi?
- Stadiona millini dəstəkləmək üçün gəlmək lazımdır.

0
0