Yığmamızın baş məşqçisi Pepe ilə şəkil çəkdirdi – FOTO
27.03.2013 - 13:36
Yığmamızın baş məşqçisi Pepe ilə şəkil çəkdirdi – FOTO
19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Patrisiya Qonzales DÇ-2014-ün seçmə mərhələsində baş verənləri diqqətlə izləyir. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis həmyerlilərinin Fransa ilə oyununa, Portuqaliya yığmasının Bakıya səfərinə biganə qalmayıb.

Qonzales İspaniya yığmasının Fransa üzərində minimal hesablı qələbəsinə qısa şərh verib. Mütəxəssis millisini dünya və Avropa çempionu edən Visente del Boskenin müdafiəsinə qalxıb: “Mən baş məşqçi Visente del Boskeyə yönələn tənqidləri başa düşə bilmirəm. Onun işi böyük hörmətə layiqdir”.

Yığmamızın çalışdırıcısı seçmə mərhələ oyununda Azərbaycan millisinin qonağı olan Portuqaliyanın ölkəmizə səfərini də diqqətdən kənar qoymayıb. O, rəqibimizin məşhur simalarından olan Pepe ilə şəkil çəkdirməyi də lazım bilib.