Norveçin millimizə qarşı oynayacağı heyəti bəlli oldu
27.03.2013 - 13:55
Norveçin millimizə qarşı oynayacağı heyəti bəlli oldu
Futzal üzrə Norveç yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Esten Saeter 20 futzalçı ilə hazırlıq keçsə də, qaydalara əsasən Avropa çempionatının əsas seçmə mərhələsi üçün Slovakiyaya 14 oyunçunu gətirib.

Paytaxt Bratislavada mübarizə aparacaq və bu gün millimizə qarşı oynayacaq oyunçular bunlardır: Kennet Rakvaaq, Stian Yonsen, Morten Ravlo, Kristofer Moen (hamısı “Veqakameratene”), Maqnar Nordtun (Nidaros Futzal), Tomas Saeter, Kato Valöy, Erlend Skaqa, Stian Sortevik, Tresor Eqholm (hamısı “KFUM-Kameratene”), Mustafa Aşrifi, Feysal Ahmed (hər ikisi “Qrorud”), Kristoffer Sandtröen, Eyrik Valla Dönnem (hər ikisi “Tiller”).

Qeyd edək ki, millimizin Norveçlə oyunu bu gün Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq.