“Bəziləri özlərini həyasız kimi aparırlar”
27.03.2013 - 14:42
Portuqaliya yığmasının futbolçusu Joao Moutinyonun 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla oyunda meydana çıxmağı vətənində birmənalı qarşılanmayıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin oynadığı “Portu”nun prezidenti Pintu da Koşta millinin baş məşqçisi Paulu Bentunu tənqid atəşinə tutub.
Bu da onun Moutinyonu zədəli halda meydana buraxmağıdır: “Əminəm ki, o, oynamağa 100 faiz hazır deyildi. Axı bu, aşkar idi. Çünki Joao həqiqətən tam gücünə malik olubsa, onda həyəcan təbilini çalmağın vaxtıdır. Axı belə alınır ki, Moutinyo bu günlərdə oynamaq vərdişini itirib”.
Bentunun klub prezidentinin cavabını verməyi özünü çox gözlətməyib: “Yalnız mənim start heyətini seçmək hüququm var. Heç kim mənə göstəriş verə bilməz. Bəziləri isə sadə şeyləri başa düşmək istəməyərək, özlərini həmişə olduğu kimi həyasız şəkildə aparmaqda davam edirlər”.
Qeyd edək ki, millimizə 2:0 hesabı qalib gəldikləri oyunda 90 dəqiqə forma geyən Moutinyo künc zərbəsindən sonra Bruno Alveşin qol vurmağına imkan yaradaraq, məhsuldar ötürmənin müəllifi olub.

0
0