Ronaldo Bakıda 4 yubiley izlədi
27.03.2013 - 14:55
Ronaldo Bakıda 4 yubiley izlədi
Azərbaycan yığmasının Portuqaliya ilə oyunu 4 futbolçumuz üçün yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin dünən Bakıda baş tutan qarşılaşması millimizin 4 üzvü üçün tarixi əhəmiyyət kəsb edib.

Dünyanın ən yaxşı futbolçularından olan Kriştianu Ronaldonun tribunadan izlədiyi qarşılaşmada Rəşad Sadıqov, Elvin Məmmədov, Rauf Əliyev və Vladimir Levin meydana çıxmaqla yubiley qeyd edib.

Rəşad DÇ seçmə mərhələlərində 20-ci görüşünə çıxıb. Rauf və Elvin isə yığmada ümumilikdə 30-cu oyunlarını keçiriblər. Vladimir isə 25-ə çatıb. Bu yubilyarlardan Rauf üçün matç uğursuz alınıb. O, qırmızı vərəqə alaraq meydandan qovulub. Bununla, Rauf millimizi azlıqda qoyaraq məğlubiyyətin əsas səbəbkarına çevrilib.