“Azərbaycan millisi Avropada ən yaxşılar arasındadır”
27.03.2013 - 15:37
“Biz 3-cü dəfə əsas seçmə mərhələdə mübarizə aparacağıq. Bu isə o deməkdir ki, Bratislavaya özümüzə əmin şəkildə gəlmişik. Ancaq rəqiblərə də hörmətlə yanaşmalıyıq. Çünki onların futzalı bizdən çox qabaqdadır”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Norveç millisinin baş məşqçisi Esten Saeter deyib.
Norveç yığması bu gün Slovakiyada keçirilən Avropa çempionatının əsas seçmə mərhələsində millimizin ilk rəqibi olacaq. Saeterin komandası qrupda ilk pilləni tutmağa ən az şansı olan komanda sayılır.
Elə norveçli çalışdırıcının özü də bunu danmır. O, rəqiblərini belə dəyərləndirib: “4 komanda arasında qrupdan çıxmağa ən az şansı dəyərləndirilən bizik. Azərbaycanın çoxlu cənubi amerikalı oyunçusu var. Onlar Avropada ən yaxşı yığmalar arasındadır. Son illər Azərbaycan Avropa çempionatının final mərhələsində bürünc medallara yiyələnib. Onların qrupdan çıxmaq şansı çox yüksəkdir. Slovakiya da kifayət qədər yaxşı komandadır. Biz onlara AÇ-2011-in seçmə mərhələsində evdə və Bratislavada məğlub olmuşuq. Onlar meydan sahibi olduğundan, qarşılarına yüksək hədəflər qoyulub. Bosniya və Herseqovinanı isə DÇ-2011-in seçmə mərhələsində evdə məğlub etmişik. Ancaq həmin oyun gərgin məcrada keçmişdi. Düşünürəm ki, bu dəfə də belə olacaq”.
Qeyd edək ki, artıq bu gün milli komandamız Norveçlə qarşılaşacaq. Bratislavanın “Hant” arenasında baş tutacaq oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

0
0