“Qarabağ”a qarşı kimi oynasaq, 3 xal Zaqatalada qalacaq”
27.03.2013 - 16:17
“Qarabağ”a qarşı kimi oynasaq, 3 xal Zaqatalada qalacaq”
“Biz fasilədən sonra ilk gündən çox ciddi hazırlaşırıq. Bunu Gürcüstan çempionatında 2-ci yerdə “Dila” ilə keçirdiyimiz yoxlama oyunu göstərdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Simurq”un legioneri Dilavər Zrnanoviç deyib.

Zaqatala təmsilçisi çempionatımızda yaranan uzun müddətlik fasilədən istifadə edərək Gürcüstana yollandı və paytaxt Tiflisdə “Dila” ilə yoxlama oyunu keçirdi.

Müdafiəçi klubun saytına açıqlamasında turnir cədvəlində 3-cü pillədə yer almaqlarını təsadüf yox, qanunauyğunluq sayır: “Hesab edirəm ki, komandamız hər gün daha ciddi təsir bağışlayır və hazırda qərarlaşdığı pillədə olmağa layiqdir. Əlbəttə, növbəti oyunlarda da öz gücümüzü nümayiş etdirməyə çalışacağıq. “Dila” ilə matç yüksək səviyyədə oynaya bildiyimizi göstərdi. Çempionatda növbəti oyunumuz olan “Bakı” ilə matç isə nə dərəcədə yüksəyə qalxa biləcəyimizi göstərəcək. Biz evdə, azarkeşlərimiz qarşısında oynayırıq. Buna görə mütləq qalib öz məqsədimə çatıb, onları sevindirməliyik. “Qarabağ”a qarşı kimi oynasaq, 3 xal Zaqatalada qalacaq”.

Qeyd edək ki, “Simurq” ötən turda evdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gələrək, turnir cədvəlində 3-cü pilləni onun əlindən aldı.