14 oyundan bir - STATİSTİKA
27.03.2013 - 18:30
Azərbaycan yığması DÇ-2014-ün Portuqaliya ilə seçmə matçına milliləşən legionerlərsiz başladı. Apasport.az saytının məlumatına görə, bununla 2008-ci ilin yazından komandamıza rəhbərlik edən almaniyalı baş məşqçi Berti Foqts millidəki fəaliyyəti dövründə start heyətində 4-cü dəfə yalnız yerlilərə şans verdi.
Mütəxəssis yığmamızın 0:2 hesabı ilə uduzduğu matçın gedişində sonradan 2 legionerə ehtiyac duydu. Bunlar ukraynalı Vladimir Levin və almaniyalı Pərdis Fərcad-Azad idi.
Komanda təxminən 2 il 9 ay əvvəl də oxşar hadisə ilə üzləşmişdi. 2010-cu il iyunun 2-də Hondurasla keçirilən yoxlama oyununda (0:0) Foqts start heyətində 11 yerli futbolçuya güvənmişdi. Lakin həmin matçda da sonradan milliləşən əcnəbilərə - indiki kimi 2 belə oyunçuya şans verilmişdi: 23. Səlahət Ağayev, 14. Rəşad Sadıqov (k), 3. Saşa Yunisoğlu, 5. Elnur Allahverdiyev, 18. Maksim Medvedev, 9. Samir Abbasov, 16. Amit Quluzadə (8. Aleksandr Çertoqanov, 68), 10. Elvin Məmmədov (22. Ruslan Əmircanov, 77), 4. Mahir Şükürov, 17. Vüqar Nadirov (25. Cavid Hüseynov, 46), 11. Rauf Əliyev (20. Fabio Luis Ramim, 46)
Növbəti belə hadisə elə həmin 2010-cu ilin oktyabrın 8-də qeydə alınıb. Avstriya ilə Avro-2012-nin səfərdəki seçmə oyununda (0:3) millimiz legionersiz başladığı oyunu elə yerlilərlə də başa vurub. Həmin matç Foqtsun dövründə milliləşənlərin oynamadığı yeganə oyundur: 1. Kamran Ağayev, 2. Rail Məlikov, 3. Saşa Yunisoğlu, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov (6. Rəşad Sadiqov, 74), 9. Samir Abasov, 10. Elvin Məmmədov (17. Vüqar Nadirov, 59), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 19. Rahid Əmirquliyev.
Avstriya səfərindən sonra seçmə mərhələdə Türkiyəni (1:0) qəbul edən yığmamız 2010-cu il oktyabrın 12-də yenə legionerlərə bel bağlamadı. Ardıcıl 2-ci oyununda yığmamız start heyətində gəlmələrə şans verilməyib. Lakin bu dəfə 1 milliləşən sonradan meydana çıxıb: 1. Kamran Ağayev, 2. Rail Məlikov (8. Aleksandr Çertoqanov, 45+1), 14. Rəşad Sadıqov (k), 3. Saşa Yunisoğlu, 5. Elnur Allahverdiyev, 15. Ruslan Abuşov, 19. Rahid Əmirquliyev, 4. Mahir Şükürov, 17. Vüqar Nadirov, 7. Vaqif Cavadov (13. Vurğun Hüseynov, 85), 21. Fərid Quliyev (11. Rauf Əliyev, 71).
Qeyd edək ki, Foqts millimizi indiyədək 56 oyuna çıxarıb.

0
0