Leandro Roşanın “İnter”in heyətində vurduğu qollar - VİDEO
27.03.2013 - 20:14
Leandro Roşanın “İnter”in heyətində vurduğu qollar - VİDEO
Məlumat verdiyimiz kimi, “İnter”in forması ilə 2009-2010-cu illərdə çıxış etmiş braziliyalı futbolçu Leandro Roşa yenidən paytaxt təmsilçisinin heyətində meydançaya çıxacaq. Apasport.az saytının məlumatına görə, futbolçu artıq AZAL (1:1) ilə yoldaşlıq matçında “İnter”in formasını geyinməyə macal da tapıb.

Qeyd edək ki, 2009-2010-cu il mövsümündə Roşa Azərbaycan çempionatında və kubok turnirində “bankirlər”in heyətində 20-dən artıq oyun keçirib və 6 qol vurub.