“Bakı” “Simurq”la oyuna hazırlıqlarını davam etdirir
27.03.2013 - 20:36
Topaz Premyer Liqasının XXIV turunda Zaqatalada “Simurq”un qonağı olacaq “Bakı” hazırlıqlarını klub bazasında keçirdiyi məşqlə davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bugünkü məşqdə milli komandanın heyətində Portuqaliyaya qarşı oyunda yüngül zədə alan Rauf Əliyev, hərarəti olan Cavid Hüseynov, U-21 milli komandamızın Avstriyada keçirdiyi təlim-məşq toplantısına qatılan Şəhriyar Əliyev, Nurlan Novruzov və Litva yığmasının düşərgəsində olan Deyvidas Çesnauskis yer almayıblar.
Novruz Məmmədov və Vinston Parks fərdi çalışarkən, milli komandadan qayıdan Elvin Məmmədov qaçışla kifayətlənib.
Adları çəkilən futbolçulardan fərqli olaraq baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında qrup halında hazırlaşan digər oyunçular qızınma hərəkətlərinin ardınca topla təmrinlərə keçiblər.
Məşq qısamüddətli ikitərəfli oyunla yekunlaşıb. Bakıda son məşqini keçirən “zolaqlılar” sabah (28 mart 2013) Zaqatalaya yola düşəcək.
Qeyd edək ki, Topaz Premyer Liqasının XXIV turunun “Simurq” – “Bakı” qarşılaşması 30 mart 2013-cü il tarixində Zaqatala şəhər stadionunda baş tutacaq.

0
0