“Rəvan” “Turan”la matça hazırlaşır
27.03.2013 - 20:49
“Rəvan” “Turan”la matça hazırlaşır
“Rəvan” Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində keçiriləcək oyunda qarşılaşacağı “Turan”la matç üçün hazırlığını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bu gün “uçan aslanlar” “Bayıl Arena”da növbəti məşqə çıxıb.

Dünən əsasən futbolçuların fiziki hazırlığının artırılmasına yönəldilmiş məşq olduğundan bu dəfə toplu çalışmalar prioritet təşkil edib. Taktiki-texniki hazırlığın yüksəldilməsinə yönəldilmiş məşqdə futbolçular məşqçilər korpusunun bütün tapşırıqlarını can-başla yerinə yetirib.

Milli komandaların oyunları ilə əlaqədar yığmalarına yollanan litvalı Mindauqas Kalonas və syerra leoneli Samuel Barlaysız hazırlaşan “Rəvan” yüngül zədəsi olan Nikolay Orlovski də fərdi məşqlə kifayətlənib.

Ancaq narahatlığa əsas yoxdur. Klubun həkimi Ceyhun Əliyev Orlovskinin “Turan”la matçda forma geyə biləcəyini düşünür.