“Neftçi” “İnter”dən, “Xəzər Lənkəran” AZAL-dan üstündür
27.03.2013 - 22:00
“Neftçi” “İnter”dən,  “Xəzər Lənkəran” AZAL-dan üstündür
Bu həftə Topaz Premyer Liqasında Azərbaycan milli komandasının oyunları ilə əlaqədar yaranan fasilə sona çatacaq. Apasport.az saytının məlumatına görə, iki “altılıq”da mübarizə aparan klublar 24-cü turun oyunlarına çıxacaq. Bu dəfə 6 oyunun hamısı eyni gündə keçiriləcək. Peşəkar Futbol Liqasının rəsmi saytı martın 30-dakı turda üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edir.

XXIV tur, 30 mart (şənbə)
139. “Simurq” (Zaqatala) – “Bakı” (Bakı)
+3=7-4, top fərqi – 10:12

15-ci dəfə qarşılaşacaq rəqiblərin əvvəlki oyunlarından yarısı heç-heçə başa çatıb. Cari mövsümdə 2 qolsuz bərabərliyə imza atan komandalar son 6 matçdan 4-də hərəyə 1 xal qazanıb. Zaqatala təmsilçisi son 4 matçda qola həsrət qalıb.

“Simurq” (Zaqatala) – “Bakı” 18.05.2007 3:2
“Bakı” – “Simurq” (Zaqatala) 13.04.2008 0:0
Simurq (Zaqatala) - Bakı 02.05.2009 1:0
“Bakı” – “Simurq” (Zaqatala) 13.12.2009 1:2
“Simurq” (Zaqatala) – “Bakı 05.12.2010 0:1
“Bakı” - Simurq (Zaqatala) 20.02.2012 0:2
“Bakı” – “Simurq” (Zaqatala) 22.02.2013 0:0

140. “Qarabağ” (Ağdam) – “Qəbələ” (Qəbələ)
+6=7-5, top fərqi – 21:18

“Qəbələ” ilə son 6 oyunda qələbə qazana bilməyən “Qarabağ” ümumi balansda cüzi üstünlüyə malikdir. Lakin ağdamlılar evdəki son 3 qarşılaşmada qalib gələ bilməyib.

“Gilan” (Qəbələ) – “Qarabağ” (Ağdam) 22.02.2007 3:2
“Qəbələ” – “Qarabağ” (Ağdam) 13.04.2008 2:1
“Qəbələ” – “Qarabağ” (Ağdam) 15.03.2009 0:0
“Qarabağ” (Ağdam) – “Qəbələ” 06.12.2009 1:1
“Qəbələ” – “Qarabağ” (Ağdam) 24.04.2010 1:1
“Qəbələ” – “Qarabağ” (Ağdam) 13.02.2011 3:0
“Qarabağ” (Ağdam) – “Qəbələ” 21.12.2011 0:0
“Qarabağ” (Ağdam) – “Qəbələ” 14.04.2012 1:0
“Qarabağ” (Ağdam) – “Qəbələ” 10.02.2013 1:1

141. “İnter” (Bakı) – “Neftçi” (Bakı)
+6=11-16, top fərqi – 28:50

Əvvəlki 33 oyunda böyük üstünlüyə malik olan “Neftçi” son 4 matçda da rəqibinə uduzmayıb. Bundan başqa, “İnter”in meydanındakı son 4 oyunda hər 2 komanda qol vurmağı bacarıb.

“Xəzər Universiteti” (Bakı) – “Neftçi” (Bakı) 26.03.2000 5:1
“Xəzər Universiteti” (Bakı) – “Neftçi” (Bakı) 19.04.2001 7:2
“Neftçi” (Bakı) – “Xəzər Universiteti” (Bakı) 25.11.2001 0:2
“Xəzər Universiteti” (Bakı) – “Neftçi” (Bakı) 18.06.2003 0:0
“Neftçi” (Bakı) – “Xəzər Universiteti” (Bakı) 31.10.2004 2:1
“Neftçi” (Bakı) – “İnter” (Bakı) 12.11.2005 1:1
“İnter” (Bakı) – “Neftçi” (Bakı) 20.08.2006 0:1
“İnter” (Bakı) – “Neftçi”(Bakı) 02.09.2007 0:0
“Neftçi” (Bakı) – “İnter” (Bakı) 25.10.2008 1:3
“İnter” (Bakı) - Neftçi (Bakı) 22.11.2009 2:1
“İnter” (Bakı) – “Neftçi” (Bakı) 13.03.2010 1:1
“Neftçi” (Bakı) – “İnter” (Bakı) 28.08.2010 0:2
“Neftçi” (Bakı) – “İnter” (Bakı) 09.04.2011 1:1
“Neftçi” (Bakı) – “İnter” (Bakı) 16.10.2011 0:1
“İnter” (Bakı) – “Neftçi” (Bakı) 18.03.2012 1:2
“Neftçi” (Bakı) – “İnter” (Bakı) 25.12.2012 1:1
“Neftçi” (Bakı) – “İnter” (Bakı) 23.02.2013 2:0

142. “Sumqayıt” (Sumqayıt) – “Kəpəz” (Gəncə)
+3=2-1, top fərqi – 10:7

Bu komandaların qarşılaşmasında “Kəpəz” rəqib meydanındakı görüşlərdə xala həsrətdir. Son 3 matçda rəqibinə uduzmayan “Sumqayıt” isə buna qədər baş tutan 6 dueldə üstünlüyə malikdir.

“Kəpəz” (Gəncə) – “Sumqayıt Şəhər” 11.12.2011 4:1
“Kəpəz” (Gəncə) – “Sumqayıt Şəhər” 15.04.2012 2:0
“Kəpəz” (Gəncə) – “Sumqayıt” 20.12.2012 2:1

143. “Turan” (Tovuz) – “Rəvan” (Bakı)
+1=2-3, top fərqi – 7:10

Ardıcıl 3 matçdır uduzmayan bakılılar ümumi balansda da üstünlüyə malikdir. Bu komandaların son 5 matçında meydan sahibi olan tərəf 2 qol vurur.

“Turan” (Tovuz) – “Rəvan” (Bakı) 16.02.2012 2:1
“Turan” (Tovuz) – “Rəvan” (Bakı) 21.04.2012 2:2
“Turan” (Tovuz) – “Rəvan” (Bakı) 09.02.2013 2:0

144. “Xəzər Lənkəran” (Lənkəran) – AZAL (Bakı )
+12=3-3, top fərqi – 24:9

Cari mövsümün hər 2 qarşılaşmasında qonaqların qalib gəldiyi komandalar ümumilikdə 19-cu qarşılaşmaya çıxacaq. “Xəzər Lənkəran” üstünlüyə malik olduğu bu qarşılaşmalarda ardıcıl 5 oyundur ki, meydanı qolsuz tərk etmir.

“Olimpik” (Bakı) – “Xəzər Lənkəran” 12.02.2006 1:0
“Olimpik” (Bakı) - Xəzər Lənkəran 27.04.2007 3:2
“Olimpik” (Bakı) – “Xəzər Lənkəran” 17.05.2008 0:0
“Olimpik” (Bakı) – “Xəzər Lənkəran” 14.03.2009 0:0
“Olimpik-Şüvəlan” (Bakı) – “Xəzər Lənkəran” 10.12.2009 2:1
AZAL (Bakı) – “Xəzər Lənkəran” 20.02.2011 2:1
AZAL (Bakı) – “Xəzər Lənkəran” 23.04.2011 3:0
AZAL (Bakı) – “Xəzər Lənkəran” 15.02.2012 1:0
AZAL (Bakı) – “Xəzər Lənkəran” 03.12.2012 1:2