Yığmamızın rəqibləri iyunun 11-də qarşılaşa bilər
27.03.2013 - 22:41
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibləri olan Şimali İrlandiya və Rusiya yığmalarının təxirə salınan oyunları iyunun 11-də baş tuta bilər. Apasport.az saytının məlumatına görə, bu haqda şimal qonşularımızın futbol ittifaqının birinci vitse-prezidenti Nikita Simonyan deyib.
O, Belfastda keçiriləcək oyunun hər iki tərəfin razılığından sonra məlum olacağını ifadə edib: “Bu gün İcraiyyə Komitəsinin iclasında biz bu məsələni müzakirə etdik. Düşündük ki, biz əvvəlcə irlandiyalılarla matçın keçirilmə tarixini razılaşaq. Amma sonda qərarı FİFA verəcək. Güman edirəm ki, iyunun 11-də oynayaq. Çünki Portuqaliyaya gedəndən sonra yığmamız üçün ən yaxşısı belə olacaq”.
Qeyd edək ki, Şimali İrlandiya – Rusiya matçı martın 22-də keçirilməli idi. Lakin hava şəraitin əlverişsiz olması qarşılaşmanı təxirə saldı.

0
0