“Mançester Yunayted” Van Persinin son klubu olacaq
27.03.2013 - 23:10
Mövsümün əvvəlində “Arsenal”dan “Mançester Yunayted”ə keçən Robin van Persi karyerası ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu futbolla hazırkı klubunda vidalaşa biləcəyini ifadə edib.
Peşəkar karyerasına “Feyenord”da başlayıb və 2004-cü ildə “topçular”a transfer olunan forvard karyerasını “Mançester Yunayted”də başa vurmaq istədiyini bildirib: “Növbəti bir neçə mövsüm də mən “Mançester Yunayted”də olacağam. Burada daha uzun müddət qalmağım da mümkündür. Amma “qırmızı şeytanlar” mənim karyeramın son klubu da ola bilər”.
Qeyd edək ki, Van Persinin “Mançester Yunayted”lə 4 illik müqaviləsi var. Hazırkı müqaviləsinin müddəti başa çatandan sonra isə onun 33 yaşı olacaq.

0
0