“Barselona” Hummelsi transfer etmək istəyir
28.03.2013 - 00:10
“Barselona” Hummelsi transfer etmək istəyir
Dortmund “Borussiya”sının təcrübəli müdafiəçisi Mats Hummels mövsümün sonunda “Barselona”ya transfer oluna bilər. Apasport.az saytının məlumatına görə, bu haqda Almaniyanın “Bild” nəşri iddia edir.

Belə ki, Kataloniya klubunun idman direktoru Raul Sanllehi artıq Bundesliqa təmsilçisi ilə danışıqlara başlayıb. Lakin bu xəbəri Matsla atası təkzib edib.

Qeyd edək ki, 24 yaşlı oyunçunun komandası ilə 2017-ci ilə qədər müqaviləsi var. Müqavilənin şərtlərində isə belə bir bənd mövcuddur. Əgər aprelin 1-inə qədər hər hansı bir komanda Hummelsə transfer təklifi göndərərsə, onda onun qiyməti 37 milyon avro dəyərində olacaq.