“Qəbələ” “Qarabağ”la oyuna belə hazırlaşır - FOTOSESSİYA
28.03.2013 - 02:00
“Qəbələ” “Qarabağ”la oyuna belə hazırlaşır  -  FOTOSESSİYA
“Qəbələ” şənbə günü - martın 30-u Premyer Liqanın XXIV turu çərçivəsində baş tutacaq “Qarabağ”la qarşılaşmanın hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, dünən reallaşan məşq prosesində zədələri sağalmaqda olan Aleksandr Çertoqanov və Mustafa Dabo komandadan ayrı çalışıb.

“Qırmızı-qaralar” məşq boyunca toplu və topsuz müxtəlif təmrinlər yerinə yetiriblər. Günlük hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub.