Moratti Mourinyo ilə bağlı açıqlama verdi
28.03.2013 - 02:47
Moratti Mourinyo ilə bağlı açıqlama verdi
“İnter”in prezidenti Massimo Moratti Joze Mourinyonun yenidən Milan təmsilçisinin “sükanı arxasına” keçəcəyi ilə bağlı gündəmdə olan xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, klub rəhbəri portuqaliyalı mütəxəssisin yenidən “İnter”ə gəlməsi xəbərini təkzib edib.

Moratti bildirib ki, hər iki tərəf üçün şərtlər uyğun deyil: “İndi komandanın “sükanı arxası”nda Andrea Stramaççioni var. O, klubdan ayrılmadığı müddətdə belə bir dəyişiklikdən söz gedə bilməz. Mourinyonun çalışdırdığı komandalara olan sevgisini bilirəm. Onun “İnter”ə gəlməsi üçün şərtlər uyğun deyil. Bunu, klub daxilində heç müzakirə belə etmədik”.

Qeyd edək ki, Joze Mourinyo 2008-2010-cu illərdə “İnter”i çalışdırıb. O, bu kluba İtaliya A seriyasını və Çempionlar Liqasını qazandırıb.