“Simurq” məşqlərinə yekun vurdu
29.03.2013 - 21:00
Sabahdan Topaz Premyer Liqasının XXIV turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, “Simurq” Zaqatala şəhər stadionunda “Bakı”nı qəbul edəcək. Paytaxt təmsilçisi ilə 15-ci duelinə çıxacaq “sarı-qaralar”, artıq hazırlıqları tamamlayaraq qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.
Bu gün növbəti məşqinə çıxan “Simurq” tam heyətlə çalışmalara davam edib. Yalnız “Qarabağ”la oyunda qırmızı vərəqə alan Rəşad Eyyubov və zədədən yeni qayıdan Asif Mirili son hazırlıqda Georgi Çixradzenin ixtiyarında olmayıb.
Zaqatala təmsilçisinin bugünkü məşqi əvvəlcə qısa məsafəli qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra isə meydanın mərkəzində iki qrupa bölünərək qısa ötürmələr üzərində çalışılıb. Hazırlıq ikitərəfli oyun və qapıya zərbələrlə tamamlanıb.
Qeyd edək ki, “Simurq” - “Bakı” oyunu sabah saat 17:00-da start götürəcək. Komandalar cari mövsümdə artıq iki dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların heç birində kollektivlərdən qalib gələn olmayıb və 0:0 hesablı heç-heçə qeydə alınıb. Zaqatala təmsilçisi “Bakı” ilə keçirdiyi son dörd qarşılaşmaların heç birində rəqib qapısına yol tapa bilməyib.

0
0