“Qaraçala”nın qara günü: Belçikaya peşəkarlar getməyəcək
06.05.2013 - 11:52
Sahə Futbol Federasiyasının vitse-prezidenti Rüfət Əmirovun AFFA-da hesabatı dinlənilib. Apasport.az saytının məlumatına görə, hesabat “Qaraçala” həvəskar komandasının UEFA Regionlar Kubokunda mübarizə aparması ilə bağlı olub.
Hesabat zamanı Əmirov “Qaraçala”nın nəyə görə “Qaradağ Lökbatan”ın futbolçu və məşqçi heyətindən yararlanmasına aydınlıq gətirmək istəyib. O, bunu UEFA Regionlar Kubokunda “Qaraçala”nın həvəskar futbolçularının bir neçəsinin işləri ilə, komandanın baş məşqçisinin isə anasının səhhətinin pisləşməsi ilə bağlı əlaqələndirib.
Əmirov qeyd edib ki, “Qaraçala” UEFA Regionlar Kubokunun Belçikada keçiriləcək final mərhələsinə həvəskar futbolçularla yollanacaq. Artıq UEFA-ya həmin siyahı göndərilib. Həmin oyunçular yenə işləri ilə əlaqədar olaraq səfərə gedə bilməsə, o zaman başqa həvəskar futbolçuların xidmətindən istifadə olunacaq.
Qeyd edək ki, əsasən “Qaradağ Lökbatan”ın peşəkar futbolçularından yararlanan “Qaraçala” turnirin ilk mərhələsində qrup mərhələsini yenilgisiz tamamlayaraq, adını növbəti mərhələyə yazdırıb.

0
0