“Neftçi” uduzdu
07.05.2013 - 09:45
“Neftçi” uduzdu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Qazaxıstanda keçiriləcək Prezident kubokuna hazırlaşan millimiz "Neftçi"nin 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşıb.

AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da baş tutan oyun yığmamızın qələbəsi ilə başa çatıb – 2:1. "Neftçi"nin qapısından topları Emil Həsənzadə və Əli Əsədov keçirib.

Mənbə: affa.az