Konkov Bakının keçirmək istədiyi turnirə iddialıdır
08.05.2013 - 16:46
“Biz mütləq 2020-ci il Avropa çempionatına namizədliyimizi verəcəyik. İcraiyyə Komitəmizin iclasını keçirdik və orda sifariş ərizəsini verəcəyini qərara aldıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ukrayna Futbol Federasiyasının prezidenti Anatoli Konkov deyib. UEFA prezidenti Mişal Platinin etdiyi islahatlara görə, 2020-ci il Avropa çempionatında bütün qitədə, daha doğrusu, 13 şəhərdə keçiriləcək.
2004-06-cı illərdə “İnter”in baş məşqçisi, Azərbaycan kubokunun finalçısı olan Konkov Bakının da iddia etdiyi final mərhələsinə keçirənlər arasında Kiyevin olacağına nikbindir: “Bizdə ümid var ki, Ukrayna şəhəri də həmin siyahıda olacaq. Çünki Mişel Platini həmin Avropa çempionatına yüksək qiymət verib. Ölkə başçımız Viktor Yanukoviç Platini ilə danışıb və iddialarımıza müsbət qiymət alıb”.

0
0