“Qəbələ” 2 ölkə seçdi
13.05.2013 - 20:19
“Qəbələ”  2 ölkə seçdi
“Qəbələ” mövsümlərarası fasilədə hazırlığını xaricdə keçirəcək. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.

Onun sözlərinə görə, bu dəfə hazırlığın hər 2 mərhələsini Azərbaycanda kənarda keçirmək istəyirlər: “İlk mərhələni 2 il əvvəl olduğu kimi Türkiyədə keçmək istəyirik. Bunu Antalya yox, hansıda bir sərin məkanda gerçəkləşdirmək fikrindəyik. İkinci hazırlıq mərhələsi isə Avstriya, yaxud Sloveniyada olacaq”.

Nəcəfov detalların sonradan dəqiqləşəcəyini bildirib: “Düzdür, yeni baş məşqçi təyinatımız hələ rəsmiləşməyib. Ola bilər ki, bu posta gəlişi gözlənilən Yuri Syomin hazırlıq planlarında dəyişiklik etsin. Ancaq biz planlarımızı belə qurmuşuq”.

Mehman SÜLEYMANOV