“Bordo” “Trua”nı məğlub edib, finala keçdi
15.05.2013 - 01:15
Fransa kubokunun yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bir oyundan ibarət olan qarşılaşmada “Trua” doğma azarkeşləri önündə “Bordo”nu qəbul edib.
Görüşdə qonaqlar 2:1 hesabı ilə qələbə qazanaraq, adını finala yazdırıb. Matçda öncə hesabı 7-ci dəqiqədə “Trua” açıb. Jan-Kristof Baebek fərqlənib. Lakin “Bordo” oyunda təşəbbüsü ələ almağı bacarıb. Belə ki, qonaqlar əvvəlcə 41-ci dəqiqədə Şeyk Diabate ilə hesaba tarazlıq gətiriblər. 63-cü dəqiqədə isə “Bordo”nun qələbə topuna meydan sahiblərinin futbolçusu Jeremi Breşe imza atıb.
Beləliklə, Fransanın kubok finalında “Bordo” ilə “Evian” görüşəcək. Həlledici qarşılaşma isə mayın 31-də keçiriləcək.
Fransanın kuboku
Yarımfinal
14 may
“Trua” – “Bordo” – 1:2
Baebek, 7 - Diabate, 41, Breşe, 63-avtoqol

0
0