“Qarabağ” bizi çoxlu qaçmağa məcbur etdi” - MÜSAHİBƏ
15.05.2013 - 16:29
“Qarabağ” bizi çoxlu qaçmağa məcbur etdi” - MÜSAHİBƏ
“Bakı” klubunun ispaniyalı yarımmüdafiəçisi Mario Rubionun apasport.az saytına müsahibəsi

- “Qarabağ”a yenə uduzdunuz. Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Onu deyə bilərəm ki, “Qarabağ” topla çox yaxşı rəftar edir. Ona görə də topa sahib olmaq şansları onlarda daha çox idi. Bu da adamı çoxlu qaçmağa, məsafə qət etməyə məcbur edir. Başqa nə deyə bilərəm ki? Qələbəyə layiq idilər. Bu üzdən məğlub olduq. Həm də görünür ki, onların konkret hədəfi, məqsədi var. Motivasiya ilə oynayırdılar. Bizim komandada isə bu motivasiya yox idi.

- Qələbə qazansanız, sizə lazım olan “Qarabağ”ın çempionluğuna maneçilik yaradıb, məğlub olsanız isə özünüz avrokuboklardan kənar qalacaqdınız. Bojidar Bandoviç heç bir əhəmiyyət daşımayan oyuna komandanı necə kökləyə bildi?
- Əlbəttə ki, biz həvəskar yox, peşəkar futbolçularıq. Bu üzdən istənilən oyuna peşəkarcasına yanaşırıq, oyunlara motivasiya ilə çıxırıq. Ancaq köklənmələr arasında böyük fərqlər var. Bir var adi motivasiya ilə oyuna çıxasan, bir də var ki, çempionluğu hədəfləyəsən.

- “Qarabağ”la oyunda start heyətdə meydana çıxmışdınız. 75 dəqiqə oynasanız da, çox zaman siz ehtiyatda qalırsınız. Bu nə ilə əlaqədardır?
- Bu, baş məşqçinin qərarıdır. Mənim işim məşq etmək və zamanımı gözləməkdir. Oynamağıma qərar verən isə komandanın çalışdırıcısıdır. Bu sualınıza məşqçilər heyəti cavab versə, yaxşı olar.

- Burda çıxış edən həmyerlilərinizdən hansını tanıyırsınız?
- “Xəzər Lənkəran”dakı Toni Doblas və Alvaro Silva, eləcə də AZAL-da çıxış edən Xuanfranı tanıyıram. Bir sözlə, hamısı ilə tanışlığım var.

- Klubla müqaviləniz yayda bitir?
- Yox, hələ “Bakı” ilə 1 illik müqaviləm var.

Səbuhi TOFİQOĞLU
0