“Qəbələ” sabah Levinlə 2 illik müqavilə bağlayacaq
16.05.2013 - 18:55
“Qəbələ” sabah Levinlə 2 illik müqavilə bağlayacaq
Vladimir Levinin yeni iş yerinə aydınlıq gəlib. “Qəbələ”nin baş meneceri Zaur Əzizovun apasport.az saytına verdiyi açıqlamasına görə, futbolçu növbəti mövsümdən bölgə klubunda çıxış edəcək. Milliləşdirilmiş ukraynalı futbolçu ilə sabah 2 illik müqavilə bağlanacaq.

“Qəbələ”nin yeni mərkəz müdafiəçisi ilə anlaşması isə özlüyündə onu göstərir ki, 2 legionerdən – sloveniyalı Deyan Kelhar və qvineyalı Umar Kalabandan biri komandadan ayrılacaq. Kelhar səhvlərinə görə Ramiz Məmmədovun dönəmində əsas komandadan uzaqlaşdırılsa da, sonradan geri qaytarılıb. Kalaban isə qışda komandadan gedə bilərdi. Ancaq sonradan yaxşı müdafiəçi tapa bilməyən Məmmədov afrikalı futbolçunu saxlamalı oldu.

Qeyd edək ki, bugündən Səbuhi Səfiyarlı “Qəbələ”də komandanın rəisi funksiyasını rəsmi şəkildə icra etməyə başlayıb. Ehtimal etmək olar ki, Levinin “Qəbələ”yə qoşulmasında məhz “İnter”in sabiq menecerinin rolu az olmayıb.

Səbuhi TOFİQOĞLU

0