Yaponiya yığması Bakıya gətirəcəyi heyəti açıqladı
23.05.2013 - 10:09
Yaponiya yığması Bakıya gətirəcəyi heyəti açıqladı
Bakıda keçiriləcək III “Caspian Cup” turnirinin iştirakçılarından olan Yaponiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Hirofumi Yoshitake turnirdə iştirak üçün 18 futbolçuya dəvət göndərib.

Qapıçılar: Daiçi Sakamoto (“Sereso Osaka” U-15-i), Kaito Tsuruta (“Vissel Kobe” U-15-i)

Müdafiəçilər: Koki Maçida (“Kashima Antlers”in gənclər komandası), Honoya Shoci (“Sereso Osaka” U-18-i), Kota Mikami (Aomori Yamada Ali Məktəbi), Yukiya Nakaqava (“Sanfreççe Hiroshima”nın gənclər komandası), Hayato Ueda (“Vissel Kobe” U-15-i), Osamu Henri İyoha (Fervor Ayti), Taiyo Koqa (“Kashiva Reysol” U-15-i)

Yarımmüdafiəçilər: Tokuma Suzuki (Maebashi İkuei Ali Məktəbi), Takumi Sasaki (“Veqalta Senday”ın gənclər komandası), Takanobu Nishimoto (Albaransia Kumamoto), Ritsu Doan (“Qamba Osaka”nın gənclər komandası), Yusuke Sakimura (“Avispa Fukuoka” U-15-i), Kouta Vatanabe (“Tokio Verdi”nin gənclər komandası), Riku Tanaka (“Kashiva Reysol” U-15-i)

Hücumçular: Kanta Kaciyama (“İqarashi”nin gənclər komandası), Daiçi Matsuoka (“Katalle Toyama” U-15-i)

Qeyd edək ki, Yaponiya da Türkiyə yığması kimi ölkəmizə turnir qalibi kimi gəlir. İtaliyanın Triest şəhərində keçirilən beynəlxalq turnirin qalibi olan Yaponiya U-16-nın ölkəmizdəki rəqibləri Tacikistan və Uruqvay milliləridir.
0