Bernard Raab özündən razı qalıb, “Kəpəz”ə “sataşdı”
24.05.2013 - 23:01
“Komandada gələcək taleyimi hələ müəyyənləşdirməmişəm. Məşqçilik karyeramla bağlı bir müddət sonra qərar verəcəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab deyib.
Komandanın yüksək liqada təmsil olunduğu 2 ildə çalışdırıcısı olan almaniyalı mütəxəssisin müqaviləsi gələn ayın sonunda bitir. Növbəti mövsümdə də sumqayıtlıların baş məşqçisi olacağı bilinməyən Raab bir qədər gözləməyi məqsədəuyğun sayır.
Son mövsümə yekun vuran 46 yaşlı mütəxəssis nəticədən razı qalıb. Belə ki, o, topladıqları 35 xalı qənaətbəxş sayır: “Komandamız Premyer Liqada yerini qoruya bildi. Çempionat bundan əvvəlki mövsümlə müqayisədə çox çətin oldu. Son pillənin sahibi “Kəpəz” istisna olmaqla, qalan komandalar əvvəlki mövsümdən daha yaxşı təsir bağışladılar. Çətin 32 oyunun iştirakçısı olduq. İlk “üçlük”də yer alan komandalar mükafatlara layiq idi. Bəxtsizlik, zədələr az olsaydı, daha yaxşı nəticə göstərə bilərik. Aparıcı futbolçularımızdan Orxan Qaya, Pərdis Fərcad-Azad, Səlahət Ağayev, Murad Ağayev, Murad Doymuşun zədələri oldu. Futbolçularımız şəxsi problemlərinin olmağına baxmayaraq, imkanlarını yaxşı göstərdilər”.
10-cu olan “Sumqayıt” iddialı klublardan “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran”la oyunlarda xal ala, hətta qalib gələ bildi. Sumqayıtlılar təsnifat mərhələsinin son turunda cənub təmsilçisi ilə səfərdə 2:2 hesablı bərabərliyə qalmaqla, onun “altılığ”a yolunu kəsdi.
Raabı bu rəqiblərlə oyunlarda nəticələr daha çox razı salıb: “Biz “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran”la oyunlarda sübut etdik ki, onlara məğlub olmaya bilərik. Hətta iddialılar üzərində qələbələrimiz oldu. Ancaq təəssüf ki, onlardan aşağı səviyyəli komandalarla oyunlarda çoxlu xal itirdik. Bu da daha yuxarı yer tutmağımıza imkan vermədi. Komandamızda yaxşı xarakter olmasaydı, üzərinə düşən vəzifəni yerinə yetirə bilməzdi”.
Mehman SÜLEYMANOV

0
0