Zlatan İbrahimoviç PSJ-nin qarşısına şərt qoydu
26.05.2013 - 21:38
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç komandanı tərk edə bilər. Apasport.az saytının məlumatına görə, İsveç millisinin üzvünün gələcəyi Paris təmsilçisinin baş məşqçisi Karlo Ançelottidən asılıdır.
Belə ki, italiyalı mütəxəssis klubda qalacağı təqdirdə, İbrahimoviç də getmək fikrindən yayınacaq. O bildirib ki, Ançelottinin iş metodları başqa məşqçilərlə müqayisədə daha yaxşıdır.
Zlatan Karlonun komandada qalmasını istəyir. Əks təqdirdə, İbrahimoviç də PSJ rəhbərliyindən onun satılmağını xahiş edəcək.
Qeyd edək ki, Ançelotti artıq Paris təmsilçisinin rəhbərliyinə komandadan ayrılmaq istədiyini bildirib. PSJ ilə hələ 1 illik müqaviləsi olan təcrübəli çalışdırıcını Fransa klubu buraxmaq niyyətində deyil.
Daha bir iddi isə mövsümün sonunda “Real”la yollarını ayıracaq olan Joze Mourinyo Ançelotti ilə əvəzlənəcək.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0