“Neftçi” ilə bütün oyunlarımız prinsipialdır” - MÜSAHİBƏ
27.05.2013 - 23:01
“Xəzər Lənkəran”ın bolqarıstanlı müdafiəçisi Radomir Todorovun apasport.az saytına müsahibəsi
- “Neftçi” ilə Azərbaycan kubokunun bu günkü final oyununa hazırlığı başa vurdunuz. Komandanız həlledici matça nə dərəcədə hazırdır?
- Finala hazırıq, əhval-ruhiyyəmiz yaxşıdır. Ciddi hazırlaşmışıq. Hesab edirəm ki, son 10 gündə əla məşqlər keçdik.
- Təbii ki, məqsədiniz qalib gəlib, kuboku qazanmaqdır. Buna şansınız nə dərəcədə realdır?
- Final elədir ki, hər gün oynamırsan. Buna görə yaxşı hazırlaşıb, qələbə qazanmaq istəyirik. Şanslar isə bərabərdir.
- Ardıcıl 3-cü il çempion olan “Neftçi”ni finalda favorit sayırlar...
- Baş məşqçimiz hazırlıq zamanı bizə İngiltərə kubokunun finalını misal gətirdi. Toşak dedi ki, keçən həftə İngiltərə kubokunun finalında da belə idi. “Mançester Siti” “Uiqan”la matçda favorit göstərilsə də, qalib gəldi. Buna görə finalda şanslar 50-nin 50-dir.
- 2007-ci ildən ölkəmizdə oynayırsınız. Bu müddətdə çempion ola bilməsəniz də, 1 dəfə kubok qazanmısınız. “Xəzər Lənkəran” 2011-ci ildə kuboku qazananda isə “Bakı”nın heyətində idiniz...
- Bəli, Azərbaycanda debüt mövsümdə - 2008-ci ildə ölkə kubokunu qazanmışam. Allah eləsin ki, bunun davamı gəlsin. Mən yenidən “Xəzər Lənkəran”la kubokun qalibi olmaq istəyirəm.
- Rəqibinizi necə dəyərləndirərdiniz?
- Biz öz komandamıza baxırıq.
- Komandanızın ikinci “altılıq”da çıxış etməyi sizə mənfi təsir göstərərmi?
- Yox. Bunun heç bir təsiri ola bilməz. Çünki bu Azərbaycan kubokunun final oyunudur.
- Bəs “Xəzər Lənkəran”a finalın nəticəsindən asılı olmayaraq, Avropa Liqasına vəsiqə qazanmağı mübarizənin gərginliyinə təsir göstərəcək?
- Biz istəmirik ki, sadəcə, finalçı kimi Avropa Liqasına yollanaq. İstəyimiz kubokun sahibi kimi Avropada oynamaqdır. Bundan sonra “Neftçi” ilə Superkubok matçı keçirilməlidir. Bu komanda ilə hər oyunumuz prinsipialdır.
Mehman SÜLEYMANOV

0
0