Saşa Stamenkoviçdən tərbiyəsizlik: Musayevin cəhdi uğursuz alındı
28.05.2013 - 22:01
Saşa Stamenkoviçdən tərbiyəsizlik: Musayevin cəhdi uğursuz alındı
Azərbaycan kubokunun az öncə başa çatan final matçından sonra insident baş verib. Apasport.az saytının xəbərinə görə, buna “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin “Xəzər Lənkəran”ın futbolçularına qarşı etdiyi ədəbsiz jestləri səbəb olub.

Bundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak meydana daxil olaraq Stamenkoviçə etirazını bildirib. Sonra serbiyalı qapıçı yaxınlaşaraq Toşakın əlini sıxıb. Lakin bundan sonra da Stamenkoviç rəqibn futbolçularının ünvana təhqiramiz ifadələr işlədib. Nəticədə meydanda hər iki komandanın üzvləri arasında qarşıdurma baş verib.


Aranı sakitləşdirmək üçün polislə yanaşı, PFL rəhbəri Ramin Musayev də meydana çıxıb. O, əsəbləri tarıma çəkilmiş Elnur Allahverdiyevi sakitləşdirmək istəsə də, cəhdi uğursuz alınıb. Üstəlik, qalmaqal bundan sonra daha da böyüyüb.
0