Millimizin rəqibi hazırlıqlara başladı
30.05.2013 - 21:40
Portuqaliya milli komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iyunun 7-də Rusiya yığmasına qarşı oyun üçün ilk məşqini keçib. Apasport.az saytının məlumatına görə, hazırlıq jurnalistlər və azarkeşlər üçün açıq olub.
Baş məşqçi Paulu Bentunun yetirmələri topla tapşırıqları yerinə yetiriblər və sonda ikitərəfli oyunla məşqi başa vurublar. Hazırlıq çərçivəsində “Mançester Yunayted”in zədəli yarımmüdafiəçisi Luiş Nani də fərdi proqram üzrə məşq edib.
Qeyd edək ki, Portuqaliya və Rusiya DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibləridir. Bu komandaların oyunu iyunun 7-də, Lissabon şəhərində baş tutacaq.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0