“Beşiktaş” və “Vilyarreal” qalib gəldi, “İnter” uduzdu - YENİLƏNİB
17.06.2013 - 21:24
Bu gün “İnter”in təşkilatçılığı ilə İBA Cup U-14 turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə I turun bütün 4 görüşləri keçirilib.
Öncə meydana A qrupunun iştirakçıları - “Beşiktaş” və “Karpatı” komandaları meydana çıxıb. Turnirin ilk oyunu darmadağınla nəticələnib. Türklər rəqibindən aşkar güclü olduqlarını hesabda əks etdirib – 9:0 Qrupun digər oyununda isə meydan sahibi “İnter” “Ayntraxt”a minimal hesabla yenilib – 0:1.
B qrupunda mübarizə aparan komandalar isə günün ikinci yarısında üz-üzə gəlib. Əvvəlcə azarkeşlər “Yurqorden” - “Dinamo” matçına şahidlik edib. Burada isə qapılara qol vurulmayıb. Görüş 0:0 hesabı ilə başa çatıb. Daha sonra “Vilyarreal” “Partizan”ı sınağa çəkib. İspaniya klubu rəqibindən daha üstün olub – 3:2.
Qeyd edək ki, turnirin bütün oyunları “Şəfa” stadionunda keçirilib.
17 iyun
A qrupu
“Beşiktaş” (İstanbul, Türkiyə) - “Karpatı” (Lvov, Ukrayna) - 9:0
“Ayntraxt” (Frankfurt, Almaniya) - “İnter” (Bakı, Azərbaycan) - 1:0
B qrupu
“Yurqorden” (Stokholm, İsveç) - “Dinamo” (Tbilisi, Gürcüstan) - 0:0
“Vilyarreal” (Vilyarreal, İspaniya) - “Partizan” (Belqrad, Serbiya) - 3:2

0
0