Konfederasiyalar Kuboku: Nigeriya Taitini darmadağın etdi - YENİLƏNİB
18.06.2013 - 00:49
Braziliyada keçirilən Konfederasiyalar Kubokunda qrup oyunları davam edir. Apasport.az saytının məlumatına görə, sayca 9-cu dəfə təşkil edilən yarışın 3-cü günündə bu gecə daha bir matç baş tutub.
B qrupunda mübarizə aparan Taiti milli komandası ilə Nigeriya yığması qarşılaşıb. Görüşdə Afrika təmsilçisi rəqibini darmadağın edib – 1:6.
Nigeriyanın heyətində Elderson Eçidjile dubl, Namdi Oduamadi isə het-trik edib. Digər qolu rəqib komandanın futbolçusu Conatan Tehau vurub. Avtoqola imza atan Tehau bir dəfə də yerli azarkeşlərini sevindirib.
Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox Braziliya qazanıb – 3 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib.
Konfederasiyalar Kuboku
17 iyun
B qrupu
Taiti - Nigeriya - 1:6
QOLLAR: Tehau, 54 - Eçidjile, 5, 80, Oduamadi, 10, 26, 76, Tehau, 69-avtoqol

0
0