“Neftçi”nin yeni transferi: Bakıya ilk görüşdən heyran qaldım
17.06.2013 - 16:32
“Bakıya ilk görüşdən heyran qaldım. Bura gəlməzdən öncə “Neftçi” haqda məlumat toplamışdım”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Karlos Kardoso deyib.
28 yaşlı braziliyalı müdafiəçi “Neftçi” ilə müqavilə bağladığına görə peşman olmadığını bildirib: "Ardıcıl üç mövsüm çempion olan və Çempionlar Liqasında uğurlu çıxış hədəfləyən klubun formasını geyinmək məsuliyyətimi artırır. Mənə başqa klublardan da təkliflər çox idi. Bu gün klub prezidenti Sadıq Sadıqovla görüşdüm. Onunla söhbətdən sonra bir daha əmin oldum ki, seçimim doğrudur. Ümid edirəm ki, “Neftçi” bu mövsüm də tarix yazacaq və mən də bu tarixin bir parçası olacağam”.
Qeyd edək ki, “Neftçi” bu gün Karlos Kardoso ilə 2 illik müqavilə bağlayıb.

0
0