“Bohum”un daha bir hücumçusu Azərbaycan klubunda - FOTO
17.06.2013 - 16:58
İyunun 13-dən İstanbul yaxınlığındakı Kızılcahamamda hazırlaşan “Qarabağ”ın düşərgəsinə bir neçə futbolçu baxışa gəlib. Apasport.az saytının məlumatına görə, baxışda 2-3 oyunçu var.
Bunlardan biri daha məşhurdur. Söhbət ötən ildən etibarən Almaniyanın “Boxum” klubunun şərəfini qoruyan Nikoloz Gelaşvilidən gedir. 27 yaşlı gürcü hücumçu komandadan ayrılmış hücumçular – Emeka Opara və Branimir Subaşiçin yerinə düşərgəyə dəvət olunub. Böyük ehtimalla, onunla 1 illik müqavilə bağlanacaq.
Qeyd edək ki, “Boxum”un digər gürcüstanlı hücumçusu olan Aleksandr İaşvilinin də “İnter”də çıxış edəcəyi dəqiqləşib. Yaşlı İaşvilidən fərqli, Gelaşvili millisinin bu ay İrlandiya və Danimarka ilə oyunlarına dəvət almışdı.

0
0