3 mövqe üzrə 6 futbolçu
17.06.2013 - 18:15
Sabah istirahətdən qayıdaraq Bakıda bir araya gələcək “Xəzər Lənkəran” ertəsi gün təlim-məşq toplantısı keçmək üçün Almaniyaya yollanacaq. Apasport.az saytının məlumatına görə, Con Toşakın istəyinə uyğun olaraq komandaya yeni transferlərin cəlb edilməsi də məhz toplantının gedişində baş tutacaq.
Baxışa futbolçu gətirilməsinin əleyhinə olan uelsli çalışdırıcı yalnız tanıdığı və öncədən oyununu izlədiyi futbolçuların bir başa müqavilə ilə dəvət olunmasının tərəfdarıdır. Bu səbəbdən də o, toplantı çərçivəsində yoxlama oyunlarını sayca azaltmağa qərar verərək matçların sayını 2-yə endirib.
Almaniya toplantısında komandanın heyətinə 3 mövqe üzrə 6 futbolçu (onlardan yalnız biri Azərbaycanlı futbolçu digərləri isə legionerlər olacaq) qatmaq niyyətində olan Toşakın gözaltı etdiyi futbolçular vardır.
Belə ki, 64 yaşlı mütəxəssis Barselonada istirahət edərkən bir neçə futbolçu ilə şəxsən söhbət edib. Yüksək fərdi ustalıq səviyyəsinə malik, daha çox çevikliyi ilə seçilən və eyni zamanda da kollektiv oyuna üstünlük verərək fəallığı ilə gözə dəyən iki səviyyəli futbolçu ilə artıq şifahi razılaşmaya nail olan Toşak bu oyunçuların adlarını telefon danışığında klub rəhbərliyinə açıqlayaraq müsbət cavab alıb. Azad agent statusuna sahib olan həmin futbolçuların “Xəzər Lənkəran”la bağlayacaqları müqavilələrin dəyərinin milyon avro ilə ölçüldüyünü də qeyd edək.
Mənbə: 12cioyuncu.info

0
0