İtaliya Superkuboku ölkə daxilində oynanılacaq
17.06.2013 - 19:41
İtaliya Superkuboku ölkə daxilində oynanılacaq
“Yuventus” və “Roma” arasında keçiriləcək İtaliya Superkubokunun məkanı müəyyənləşmək üzrədir. Apasport.az saytının məlumatına görə, çempionların matçı bu dəfə xaricdə baş tutmayacaq.

Bu qarşılaşma ölkə daxilində oynanılacaq. Bunu A seriyasının prezidenti Maurisio Beretta bildirib. Lakin görüşün keçəcəyi şəhər və stadion hələ müəyyən edilməyib.

Qeyd edək ki, İtaliya Superkubokunun son 4 oyunu Pekində keçirilib. “Yuventus” - “Roma” qarşılaşması A seriyasının yeni mövsümünün startından 1 həftə əvvəl, avqustun 18-də reallaşacaq.