“Borussiya” türk klubu ilə qarşılaşacaq
17.06.2013 - 20:46
Son mövsüm Çempionlar Liqasının finalçılarından olan Dortmund “Borussiya”sının yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisi iyunun 6-da doğma azarkeşləri önünə çıxacaq.
Belə ki, dortmundlular “Siqnal İduna Park”da sərgi matçı keçirəcəklər. Daha sonra baş məşqçi Yurgen Kloppun yetirmələri “Maqdeburq” (8 iyul), “Bazel” (10 iyul), “Bursaspor” (13 iyul) və “Luzern”lə (16 iyul) yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
“Borussiya” iyulun 20-21-də isə “Bavariya”, “Hamburq” və Münhenqladbax “Borussiya”sı ilə “Telekom Cup” turnirində çıxış edəcək. İyulun 24-də Dortmund klubu daha bir yoldaşlıq görüşü keçirəcək. Lakin hazırda rəqib müəyyənləşməyib.
“Borussiya”nın yeni mövsümdə ilk rəsmi matçı isə iyulun 27-də olacaq. Həmin tarixdə dortmundlular Almaniya Superkubokunda “Bavariya” ilə qarşılaşacaq.

0
0