“Fənərbaxça” isveçli oyunçu ilə anlaşdı
17.06.2013 - 21:21
“Fənərbaxça” isveçli oyunçu ilə anlaşdı
Növbəti mövsüm Türkiyəni Çempionlar Liqasında təmsil edəcək “Fənərbaxça” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, daha əvvəl Alper Potukun və Mixal Kadleçin keçidini rəsmiləşdirən “sarı bülbüllər” bu dəfə “İstanbul BB”nin yarımmüdafiəçisi Samuel Tobias Holmenlə ilkin razılığa gəlib.

28 yaşlı futbolçu sabah tibbi müayinədən keçəcək. Daha sonra İstanbul klubu isveçli oyunçu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Holmen 2010-cu ildə “Brondbyu”dan “İstanbul BB”yə keçib. O, başa çatan Superliqada 33 oyunda forma geyinib və rəqib qapılarından 11 top keçirib.