“Real” İskonu alıb, “Malaqa”ya icarəyə verir
17.06.2013 - 22:01
“Real” İskonu alıb, “Malaqa”ya icarəyə verir
İspaniyanın gənclər yığma komandasının və “Malaqa”nın aparıcı oyunçusu İsko yaxın günlərdə “Real”a keçəcək. Apasport.az saytının məlumatına görə, hər iki klub maraqlı razılaşma imzalayıb.

İspan mətbuatı iddia edir ki, Madrid təmsilçisi 21 yarımmüdafiəçinin hüquqlarını qarşı tərəfdən tam alacaq. Lakin İsko növbəti mövsüm “Real”da çıxış etməyəcək. Belə ki, o, tamamilə pulsuz olaraq, 1 il müddətinə “Malaqa”nın heyətində icarə əsasında forma geyinəcək.

Qeyd edək ki, İskonu “Real”dan başqa “Mançester Siti” də istəyir.